reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakıda narkomanlar dayanacağı sığınacağa çevirdi

reklam

Bakıda narkomanlar dayanacağı sığınacağa çevirdi















Bakıda narkoman və tüfeyli həyat tərzi keçirən şəxslər dayanacaqlardan sığınacaq kimi istifadə edirlər.

Lent.az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılır. Bildirilir ki, “Nizami” metro stansiyası yaxınlığında “5 mərtəbə” adlanan ərazidə yerləşən qapalı avtobus dayanacağı narkomanların sığınacaq yerinə çevrilib. Sakinlər bu kimi hallara qarşı aidiyyəti qurumları tədbir görməyə səsləyirlər. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə sorğu ünvanlanıb.

Qurumun mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərlə bağlı profilaktiki tədbirlər polis əməkdaşları tərəfindən diqqət mərkəzində saxlanılmaqla davam etdirilir:

“Bu şəxslərin öz əməllərini həyat tərzinə çevirməsinin şahidi oluruq. Profilaktiki tədbirlər zamanı polis əməkdaşları tərəfindən bu kimi hallar aşkarlandıqda dərhal aidiyyəti dövlət qurumlarına məlumat verilir, həmin şəxsin təhlükəsizliyi təmin olunmaqla müvafiq tədbirlər görülür”.




Paylaş:


Müəllif : Tarix:
10-01-2024, 20:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər