Cavid Sumqayıtlı haqda yekun qərar
Qanunsuz narkotik dövriyyəsində təqsirli bilinərək məhkum edilmiş meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) kassasiya şikayətinə baxılıb.
Meyxanaçı şikayətində barəsindəki azadlıqdan məhrumetmə ilə bağlı qərarın ləğv edilərək azadlığa buraxılmasını xahiş edib.
Ali Məhkəmədə keçirilən iclasda prokuror əvvəlki qərarın qanunauyğun olduğunu deyib. Məhkəmə tərəflərin münasibətini öyrəndikdən sonra şikayətin təmin edilmədiyini elan edib.
Sumqayıtlı haqda 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb. Yekun qərarla meyxanaçı bundan sonrakı 5 il 3 ayı da həbsdə keçirməlidir.
Qeyd edək ki, Cavid Sumqayıtlı 2021-ci ilin oktyabrında həbs edilib. Meyxanaçı külli miqdarda narkotik dövriyyəsində təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-01-2024, 10:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər