reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Xalq artisti” və “Əməkdar artist” adları ləğv edilir? - Mühüm açıqlama

reklam

“Xalq artisti” və “Əməkdar artist” adları ləğv edilir? - Mühüm açıqlama















Azərbaycanda fəxri adı olan şəxslərin sayı 5 minə yaxınlaşır. Hesablamaya əsasən, ölkəmizdə 4862 “Xalq” və “Əməkdar” Prezident təqaüdçüsü var. 

Qeyd edək ki, bu adların verilməsi sovet dövrünə məxsus bir ənənədir. Ona görə də, bəziləri düşünür ki, həmin adlar ləğv edilməlidir. 

Sözügedən məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli “Yeni Sabah”a fikir bildirib. Onun sözlərinə görə, müxtəlif peşə xadimlərinə başqa yollarla dəstək olmaq daha doğrudur: 

“Fəxri adlara görə onlara verilən vəsait dövlət büdcəsi üçün elə də böyük rəqəm deyil. Adi hesablamalar da göstərir ki, həmin ödənişlər il ərzində büdcəyə yük olmur. Ancaq düşünürəm ki, bu ənənə sovet dövrünə aid olduğu üçün ləğv edilsə daha yaxşı olar. Çünki Xalq artisti, yaxud xalq, əməkdar adı altında fəaliyyət göstərən peşə sahiblərinin qiymətini xalq özü verir. Əgər sənətkardırsa, insanlar onu müxtəlif məslislərə dəvət edir, qonorar ödəyirlər. Bu da incəsənət xadimlərinin xalq tərəfindən sevilib - seçilməsini göstərir. Bu adı daşıyan digər peşə sahibləri olan müəllimlərdən söhbət gedirsə, onların ümumilikdə sosial şəraitini yaxşılaşdıracaq müəyyən addımların atılmasına ehtiyac var. Çünki qonşu ölkələrlə müqayisədə, ölkəmizdəki müəllim və təhsil işçilərinin maaşı olduqca aşağıdır. Ona görə də, həmin sahədə müəyyən dəyişikliklər edilməlidir. Ancaq o dəstəyi sözügedən yollarla deyil, onların sosial müdafiəsini gücləndirərək etmək daha məntiqlidir. Bura ümumi maaş artımının tətbiq olunması daxil edilə bilər”. 

Ekspert qeyd edir ki, bir çox postsovet ölkələri artıq bu ənənəni sonlandırıb:

“Bu sovet ənənəsindən imtina etməyin vaxtı çoxdan çatıb. Səhv etmirəmsə, Rusiya, Belarus və Orta Asiya dövlətlərindən başqa digər postsovet ölkələri həmin ənənədən çoxdan imtina ediblər. Bütün bunlar göstərir ki, həmin adların verilməsini ləğv etmək ən doğru yoldur. Azərbaycan da bu praktikadan yavaş-yavaş uzaqlaşmaq lazımdır. Amma bu o demək deyil ki, müxtəlif peşə sahiblərinin sosial müdafiəsini gücləndirəcək tədbirlərə ehtiyac yoxdur. Ancaq bunu kiçik həcmdə təqaüdlərin verilməsi ilə reallaşdırmaq düzgün deyil. Əməkhaqqı məbləğinin artırılması sözügedən tədbirlərin ən effektiv üsulu sayıla bilər ki, o da bütün peşə sahiblərini əhatə edər”. 




Paylaş:


Müəllif : Tarix:
11-01-2024, 15:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər