Tahir Kərimli: “Xalq acığını biz deputatlardan çıxır”
“Taksi sürücüləri qanundan, qaydalardan kənar fəaliyyətə sövq olunacaq, başqa yollar axtaracaqlar. Yenə də bu fikirdəyəm, bütün ölkələrdə xalqın dolanışığı ilə maraqlanırlar ki, yaxşı dolansın, narazı, hökumətdən asılı olmasın, iş yeri kimi fəaliyyət göstərsin".
RegionXəbərləricom.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclis üzvü Tahir Kərimli deyib.
O əlavə edib: "Hətta ali təhsilli insanlar belə gedib taksi sürücülüyü ilə məşğul olub çörək qazanırdılar. Çünki başqa işləyəcək yerləri yox idi. Bunu ürək ağrısı ilə qəbul edirəm. Etirazıma baxmayaraq, qanun qəbul olundu. Bilirdim ki, belə mənfi çalarlar olacaq, camaatın dolanışığına təsir edəcək.
Onsuz da ürək ağrısından dayana bilmirik. Qohum-əqrəbaya, el-obaya, camaata, seçicilərə baxırsan, görürsən ki, 80-90%-i nə qədər ağır şəraitdə yaşayır. Öz dərdin yadından çıxır, hamıya da kömək etmək olmur, bilmirsən ki, edəsən. Nə edək? Bunu düşünmək lazımdır. Bu məsələdə gücsüzəm.
Deyirlər ki, deputat deyir, sözü keçmir. Artıq buna görə söz də demək istəmirik. Əvvəllər deyirdilər ki, niyə çıxış etmirsiniz, xalqı müdafiə etmirsiniz, məsələlər qaldırmırsınız? İndi sosial problemlərlə bağlı çıxış edirsən, deyirlər ki, sənin çıxışının nə mənası var? Yenə də əleyhimizə gedirlər.
Həmin narazı xalq yenə də biz deputatlardan, mənim kimi insanlardan narazı qalır. Etiraf edirəm ki, axı mənim vəzifəm bunu icra etmək deyil. Mənim vəzifəm doğru-düzgün, xalqın, dövlətin xeyrinə qanunlar qəbul etməyə çalışmaqdır. Amma bunu yerinə yetirmək mənim vəzifəm olmadığına görə kimlərsə bizim üstümüzə yönəldir, bilmirəm.
Xalq hökumətə olan acığını biz deputatlardan çıxır. Şəxsən mənə nə qədər hörmət olsa da, çoxlu iradlar tuturlar. Qalmışam belə, deyirəm ki, ay Allah, çalışıram, heç dinib-danışmayım. Bəs mən nə edim, nə işlə məşğul olum? Çünki sözümüz keçmir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-01-2024, 15:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər