reklam
Regionxeberlericom.az » Cəmiyyət » Naxçıvanda repetitorluğun qadağası müəllimləri dilənçi vəziyyətinə salır...

reklam

Naxçıvanda repetitorluğun qadağası müəllimləri dilənçi vəziyyətinə salır...














Naxçıvanın ibtidai sinif müəllimləri ilə danışıram. Qan ağlayırlar. Repetitorluq xidmətini faktiki olaraq yasaqlamaq onsuz da az maaşla imtahana çəkilən müəllimləri dilənci vəziyyətinə salmaq deməkdir. Bir dövlət öz müəllimini bu hala salmaz. Ən azı ona görə ki, bütün dövlətlər vətəndaş yetişdirən müəllimlərin əməyi üzərində bərqərar olur. Dövlət ya bu dəyərli peşə sahiblərinə yüksək şərait yaratmalı, ya da onların öz başına çarə qılmasına göz yummalıdır. Əks halda, müəllimlərin son nəfəsliyini də bağlamaq cəmiyyətimizi daha da savadsızlaşmağa və nəticədə elmi-texniki tərəqqi yarışında başqalarının köləsi olmağa doğru aparır. Tarix sübut edir ki, elmi inkişafdan, keyfiyyətli tədris prosesindən geri qalan millətlər zamanla özünü yetişdirmiş toplumların köləsinə çevrilirlər. Bu mənada təhsilin keyfiyyətini yüksəltmək ən ümdə milli təhlükəsizlik məsələsidir.

Müəllimlərin şikayətlərinə inansaq, Naxçıvan MR Təhsil Nazirliyi müəllimlərin şəxsiyyət azadlığını məhdudlaşdırıcı tədbirlərindən geri çəkilsə də, repetitorluq məsələsində hələ də iki ayağını bir başmağa dirəmək əzmindədir. Halbuki, şəxsiyyət azadlığı olmayan müəllimlər yaxşı vətəndaş yetişdirə bilmədiyi kimi, xüsusi təhsil sisteminə qapıları bağlamaq da eyni nəticəni doğurur. Bu baxımdan repetitorluğun dolayısıyla qadağan olunması da Şimali Koreya əsgərləri kimi uniforma geyindirilmiş müəllim imicindən az əhəmiyyətli deyil.

Sabahdan etibarən bu məsələnin hüquqi, sosial və digər tərəflərini araşdırmağa başlayacağam. Ümid edirəm ki, mənə bu araşdırmalarımda dəyərli müəllimlərimiz də öz köməkliklərini əsirgəməyəcəklər.

Heydər Oğuz




Paylaş:


Müəllif : Tarix:
12-01-2024, 12:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər