Prezident seçkiləri ilə bağlı 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb
7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlər görülməkdədir.
Bu haqda XİN məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları tərəfindən ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan 18 yaşına çatmış vətəndaşlarımızdan ibarət seçici siyahıları hazırlanaraq Mərkəzi Seçki Komissiyasına təqdim olunub.
Qeyd edək ki, Azərbaycanın Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda səsvermə həyata keçiriləcək.
Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 08:00-19:00-da Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında keçiriləcək növbədənkənar prezident seçkiləri ölkəmizin Çin Xalq Respublikasındakı Səfirliyində başlayaraq, ABŞ-nin Los Anceles şəhərindəki Baş konsulluğunda tamamlanacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-01-2024, 19:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər