reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ermənilərin 4 kənd iddiası: “Bu, onların öz ağıllarının məhsulu deyil, başqa qüvvələr...”

reklam

Ermənilərin 4 kənd iddiası: “Bu, onların öz ağıllarının məhsulu deyil, başqa qüvvələr...”















“Ermənistanın Başkənd daxil olmaqla iddia etdiyi 4 anklav kəndi ilə bağlı Azərbaycan tərəfi hər hansı bir məlumat verməyib ki, bunlar hansı yaşayış məntəqələridir. Çünki Ermənistanın zaman-zaman o qədər utopik iddiaları və fikirləri olur ki, bunu anlamaq çətindir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, Ermənistanın Azərbaycandan Başkəndlə yanaşı tələb etdiyi, lakin adı bəlli olmayan 3 kənd barəsində fikirlərini səsləndirib.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev yerli televiziyalara verdiyi müsahibəsində anklavda olmayan 4 Azərbaycan kəndinin geri qaytarılması barəsində danışıb.

Məsələyə münasibət bildirən analitikin fikrincə isə Ermənistan tərəfi əvvəl 32 kəndi Azərbaycandan tələb edirdisə, indi də bu rəqəmlər 4-ə enib:

“Yəni hər dəfə bir rəqəm deyirlər və görünən odur ki, bu bəhanələrlə məsələni uzatmağa çalışırlar. Dövlət başçısı öz çıxışında bu məsələyə toxunaraq bildirdi ki, biz ya siyasi-metodoloji, ya da tarixi-xronoloji baxımdan bu məsələni araşdırmalıyıq və bizim təklifimiz bundan ibarətdir”.

“Bu o deməkdir ki, Ermənistanla sərhəd məsələsi tarixi aspektləri dəyərləndirərək həll olunmalıdır. Yəni delimitasiya və demarkasiya prosesləri getməli və həmin proses çərçivəsində qeyd edilən məsələlər öz həllini tapmalıdır. Məncə, bu əsassız iddialar erməni rəsmilərinin öz ağıllarının məhsulu deyil. Fikrimcə, bunlar bölgə ilə bağlı olan və regionda sülh prosesinin yaranmasını istəməyən qüvvələrin ortaya atdığı iddialardır. Ona görə də bu, əslində, birbaşa sülh prosesini dayandırmaq, növbəti mərhələdə isə sülh prosesinin əvəzində yeni bir formatı ortaya atmaqdır”, – deyə o, əlavə edib.

Siyasi təhlilçiyə görə, delimitasiya prosesində ermənilərin dili ilə iddia olaraq ortaya atılan və adı qaranlıq qalan kəndlər bu qüvvələrin zamana oynamaq istəyini göstərir:

“Yəni Rusiya Ukrayna məsələsini həll edəndən, Fransa Afrikadakı mövcudluğunu qoruyandan, ABŞ isə İsrail-Fələstin müharibəsində istədiyinə nail olandan sonra Cənubi Qafqazda proseslərə müdaxilə etmək istəyəcək. Bizim üçün isə önəmli olan bu məsələləri qısa müddətdə həll etmək, Ermənistanla sülh danışıqlarını yekunlaşdırıb, ən azından, çərçivə sülh sazişinin imzalanmasına nail olaq. Bundan sonra Ermənistanın görməli olduğu işlər var ki, Paşinyan hakimiyyəti referendum edərək Konstitusiyaya dəyişiklik etməlidir. Bunların hamısı mərhələli gedən bir prosesdir və Prezident də verdiyi müsahibədə bu məsələlərə toxunub”.




Paylaş:


Müəllif : Tarix:
12-01-2024, 19:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər