2023-cü il tarixdə ən isti il olub – NASA
2023-cü il bütün müşahidələr tarixində planetin ən isti ili olub.
Bunu ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri məlumat verib.
“Yer səthinin orta temperaturu 2023-cü ildə rekord həddə çatıb. Keçən il orta temperatur təxminən 1,2 dərəcə selsi təşkil edib”, - NASA-dan bildirilib.
Məlumata görə, 2023-cü ilin ən isti ayı orta temperaturun təxminən 1,4 dərəcə selsi olduğu iyul ayı olub. Bu da rekordların başladığı 1880-ci ildən bəri yeni rekord göstərici təşkil edib. İyun-dekabr aylarında da tarixdə hər ay üçün ən isti temperatur qeydə alınıb.
“NASA və Milli Okean və Atmosfer Administrasiyasının qlobal temperaturla bağlı hesabatları milyonlarla insanın son bir ildə yaşadıqlarını təsdiqləyir: biz iqlim böhranı ilə üz-üzəyik”, - deyə NASA administratoru Bill Nelson deyib.
Həmçinin, qeyd olunub ki, qlobal istiləşmə tendensiyası, alimlərin fikrincə, insan fəaliyyəti, qalıq yanacaq emissiyaları, çirklənmə, eləcə də El Nino iqlim fenomeni və vulkan püskürmələri kimi illik və ya çoxillik təbii hadisələrlə bağlıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-01-2024, 10:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər