Məktəbli formaları ancaq BTE-dən alınmalıdır? - Valideynlərin şikayətinə NAZİRLİKDƏN CAVAB
Son vaxtlar redaksiyamıza məktəbli formaları ilə bağlı bir çox şikayətlər daxil olur. Şikayətlərdə bildirilir ki, məktəb tərəfindən valideynlərin forma almaqları üçün xüsusi olaraq tapşırıqlar verilir.
Bununla bağlı olaraq Lent.az -ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən cavab gəlib: "Məktəbli formalarının haradan alınması ilə bağlı heç bir məhdudiyyət yoxdur. Valideynlər övladları üçün bazara çıxarılan məktəbli formasını seçməkdə sərbəstdirlər”.
Qeyd edək ki, Bakı Tikiş Evinin (BTE) tikdiyi 1-6-cı siniflər üçün məktəbli formasının qiyməti 40 manat, 7-11-ci sinif şagirdləri üçün isə 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir.
Bundan başqa bir çox ticarət obyektlərində müxtəlif qiymətə və keyfiyyətə olan formalar (“BTE” nişanı olmayan) da satışdadır. Sözügedən məktəbli geyimlərinin qiymətləri qızlar üçün 33 - 45 manat, oğlanlar üçün isə 35 - 45 manat aralığında dəyişir.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-09-2019, 16:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-09-2019, 16:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29