Şamaxı-İsmayıllı yolu ilə bağlı - Rəsmi açıqlama
Güclü yağan qar səbəbindən Şamaxı-İsmayıllı avtomobil yolu bağlanıb.
RegionXəbərləricom.az APA-ya istinadən xəbər verir ki, buna görə hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalıb.
İlkin məlumata əsasən, Muğanlı dolaylarında qar daha keçilməzdir. Qarın qalınlığı 10 sm artıqdır, yollar buz bağlayıb. Əraziyə polis əməkdaşları cəlb olunub. Hazırda yolların buz bağlaması Ağsu dolaylarında da müşahidə edilir.
Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar da meydana gəlib.
***
Şamaxı-İsmayıllı avtomobil yollarında hava şəraiti ilə əlaqədar əraziyə polis əməkdaşları əlavə heyətlə xidmətə çıxarılıb.
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, avtomobillərdə olan şəxslərin vəziyyəti öyrənilməklə sürücü və sərnişinlərə köməklik göstərilir, vətəndaşların təhlükəsizliyi təmin olunur.
DYP ilə yanaşı, Şamaxı, İsmayıllı və Ağsu rayon polis şöbələrinin əməkdaşları ərazidə xidmətə cəlb edilib.
Tədbirlər davam edir.
***
“Şamaxı-İsmayıllı avtomobil yolunun buzlaşma səbəbindən bağlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.
Bu barədə “Qafqazinfo”ya BDYPİ şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, hazırda respublika yollarında hər hansı məhdudlaşdırma tətbiq olunan yol sahəsi yoxdur:
“Əməkdaşlarımız qar yağıntısı intensiv olan ərazilərdə gücləndirilmiş formada xidmət aparırlar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-01-2024, 21:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər