Polşa təyyarələri havaya qaldırdı, HHM sistemi işə düşdü - Rusiya strateji bombardmançıları həyəcan yaratdı
Şənbə günü səhər Polşa ordusu Rusiyanın uzaqmənzilli bombardmançı təyyarələrinin fəaliyyəti ilə əlaqədar ölkənin cənub-şərqində patrul təyyarələrini havaya qaldırıb.
"AzPolitika.info" Qərb mediasına istinadla xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin əməliyyat komandanlığı X sosial şəbəkəsində məlumat yayıb. Daha sonra yenilənən bəyanatda bildirilir ki, Polşanın NATO müttəfiqləri patrul əməliyyatlarında iştirak edir. Qaldırılan təyyarələrin dəqiq tərkibi açıqlanmayıb. Bundan əlavə, yerüstü hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətində fəaliyyətə başlayıb.
Polşa 2024-cü ildə artıq bir neçə dəfə Rusiya bombardmaçılarının fəaliyyəti səbəbindən patrul təyyarələrinin havaya qalxması barədə məlumat verib. Dekabrın 29-da Varşava bəyan edib ki, Rusiyaya məxsus qanadlı raket ölkə üzərindən uçaraq Ukraynanı vurub.
Polşa xarici işlər nazirinin müavini Vladislav Teofil Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaşa nota verib və baş verənlərlə bağlı izahat tələb edib. Moskva raketin uçuşunu inkar edib.
Yanvarın 13-də səhər saatlarında Rusiya raket, bomba və pilotsuz təyyarələrlə Ukrayna ərazisinə kütləvi zərbələr endirib. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı ölkədəki hədəflərə 40 raket və pilotsuz təyyarənin atıldığını bildirib. Ukrayna ordusunun verdiyi məlumata görə, Rusiya Xəzər dənizi üzərindən Tu-95MS strateji bombardmançı təyyarələrdən də ölkə ərazisinə zərbələr endirib. Ukrayna Silahlı Qüvvələri iddia edir ki, 8 raket və pilotsuz təyyarə vurulub, 20-dən çoxu isə elektron müharibə vasitələri ilə hədəflərindən yayındırılıb. Hərbi hədəflərin vurulması ilə bağlı heç bir məlumat yoxdur, Ukrayna bu məlumatı açıqlamır.
Moskva zərbənin artilleriya mərmiləri, barıt və pilotsuz təyyarələr istehsal edən Ukrayna hərbi-sənaye kompleksinin obyektlərinə yönəldiyini bildirib. Rusiya Müdafiə Nazirliyi açıqlamasında nəzərdə tutulan bütün hədəflərin vurulduğunu iddia edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-01-2024, 11:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər