reklam
Regionxeberlericom.az » Cəmiyyət » 8 kəndin aqibəti: “Sülhə məcburetmə əməliyyatları həyata keçirilə bilər”

reklam

8 kəndin aqibəti: “Sülhə məcburetmə əməliyyatları həyata keçirilə bilər”
















“Anklav olmayan kəndlərin, eyni zamanda, anklavların Azərbaycana təhvil verilməsi Ermənistanın üzərinə götürdüyü öhdəliklərin çərçivəsindədir”.

Bu sözləri açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, sabiq XİN rəhbəri Tofiq Zülfüqarovun Zəngəzur dəhlizinin açılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. 

Keçmiş nazir bildirib ki, Azərbaycanın Qazaxın anklav olmayan 4 kəndinin (Bağanıs Ayrım, Qızıl Hacılı, Xeyrimli, Aşağı Əskipara) nəzarətə götürməsi sonda İrəvanı Zəngəzur dəhlizinin açılmasına məcbur edəcək.

Xatırladaq ki, Azərbaycan tərəfi İkinci Qarabağ müharibəsindən sonra Qazaxın 7, Naxçıvanın isə 1 kəndinin (ümumən 8 kənd) Azərbaycana geri qaytarılması ilə bağlı bəyanatlar versə də, rəsmi İrəvan sözügedən kəndlərin Azərbaycana təhvil verilməsi məsələsinə isti baxmır.

E. Mirzəbəylinin sözlərinə görə. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Ermənistan tərəfinin verdiyi açıqlamalar, bunun rəsmi sənədlər üzərində öz əksini tapması, habelə beynəlxalq hüquq normalar Ermənistanın bu öhdəlikləri yerinə yetirməsini zəruri edir:

“Yox, əgər İrəvan bu öhdəlikləri yerinə yetirməyəcəksə, bu istiqamətdə sülhə məcburetmə əməliyyatları həyata keçirilə bilər. Yəni Azərbaycan öz suveren ərazilərinin yerdə qalan hissəsində də ərazi bütövlüyünü təmin edə bilər. Hüquqi aspektdən, burada Azərbaycanın əleyhinə olacaq hər hansı bir fakt yoxdur”.

Müsahibimiz əmindir ki, bu məsələnin sırf Zəngəzur dəhlizi kontekstində qoyulması düzgün deyil:

“Çünki Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliklərin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı olan məsələlərlə əlaqələndirilə bilməz. Birincidə söhbət kommunikasiyadan gedir və dəhlizin açılması və digər məsələlər Ermənistanın suveren hüquqlarına aiddir. Amma Azərbaycanın ərazi bütövlüyü məsələsinin Ermənistanın suveren hüquqlarına aidiyyəti yoxdur”.




Paylaş:


Müəllif : Tarix:
15-01-2024, 12:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər