Pullarımızı hansı banklara etibar edək? - Əmanətçilər üçün vacib açıqlama
Zaman-zaman ölkəmizdə fəaliyyət göstərən bir sıra bankların bağlanması əhali arasında narahatlıq doğurur.
Qeyd edək ki, ötən il bir neçə bankın lisenziyası ləğv olunub. Hazırda isə bu sonluq Bank BTB üçün də qaçınılmaz ola bilər.
Xəbər verdiyimiz kimi, yola saldığımız 2023-cü ildə “Bank BTB” ASC-nin xalis zərəri 2 milyon 779 min manat olub.
Maraqlıdır, bankların müflisləşməsinə səbəb olan amillər hansılardır? Ümumiyətlə, hansı banklara gözübağlı güvənmək olar?
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, banklar bir sıra öhdəliklərini yerinə yetirə bilmədiyi zaman iflasa uğrayır:
“Bankların çökməsində bir neçə səbəb var. İlk növbədə, problemli kreditlər əsas amillər sırasında birinci yerdə dayanır. Kredit götürən şəxslər banka pulu qaytarmadıqda, həmin müəssisə də əmanətçilər qarşısında öz öhdəliklərini yerinə yetirə bilmir. Nəticədə iflas qaçınılmaz olur. Digər səbəb isə, bir sıra bankların dövlət vəzifəsində çalışan şəxslərə aid olmasındadır. Bu adamlar vəzifədən azad olunan zaman həmin inzibati alət onların əlindən çıxır”.
Ekspert bildirir ki, bankların bağlanması vətəndaşları təşvişə salmamalıdır:
“Bankların iflasa uğraması ilə bağlı məsələ vətəndaşları narahat etməməlidir. Çünki vətəndaşın 100 min manata qədər olan əmanəti faiz dərəcəsi milli valyutada 12, xarici valyutada isə 2,5 olduqda qorunan əmanət hesab olunur. Bank bağlansa da, Əmanətlərin Sığortalanması Fondu vətəndaşa həmin məbləği bir ay ərzində qaytarır. Məhz həmin səbəbdən dolayı vətəndaşlar üçün hansısa bankın bağlanma ehtimalı qorxuducu olmamalıdır. Belə məlumatlar adətən sahibkarlar və şirkətlər üçün önəm daşıyır. Bank iflasa uğradığı zaman belə əmanətlər də batır. Yalnız fərdi sahibkarların, firma, şirkət və ya digər hüquqi şəxslərin 20 mindən çox olan əmanətlərinin sığortası yoxdur”.
Hüquqşünas Azərbaycandakı ən təhlükəsiz bankların adını açıqlayıb:
“Hazırda ölkəmizdə 24 bank fəaliyyət göstərir. Düşünürəm ki, onların arasında 4 özəl bank, Bank Of Baku, Unibank, Bank Respublika, Acces Bank tam təhlükəsiz hesab oluna bilər. Bundan başqa, ən iri banklarımız olan Beynəlxaq Bank, Paşa Bank, Kapital Bank, Xalq Bank isə dövlətə məxsusdur. Onlar üçün də hər hansı bir təhlükə yoxdur. Ölkəmizdə fəaliyət göstərən 4 bank isə xaricə bağlıdır. Bank VTB və Yelobank Rusiyaya, Yapıkredi və Ziraat Bank isə Türkiyəyə aiddir ki, bu banklarda da heç bir iflas prosesi gözlənilmir. Sadalananlar Azərbaycandakı ən təhlükəsiz banklar hesab edilir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-01-2024, 15:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər