Nazirlik 3,1 milyon manata xidməti avtomobillər alır
Son bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan müxtəlif qurumlar “Toyota Absheron Merkezı” MMC-dən (VÖEN – 3103678821) 2,6 milyon manatlıq onlarla avtomobil alıb.
Sonuncu tender müsabiqəsinin nəticəsinə görə Dövlət Sosial Müdafiə Fondu “Toyota Absheron Merkezı” MMC-dən 523 min 600 manat dəyərində 8 ədəd minik avtomobili alacaq.
Son bir ayda “Toyota Absheron Merkezı” MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan - aşağıdakı qurumların keçirdiyi tender müsabiqələrində qalib olub.
- Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) – 200 min manata 2 ədəd minik avtomobili
- Sosial Xidmətlər Agentliyi – 100 min manta 1 ədəd minik avtomobili
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi – 100 min manata 1 ədəd minik avtomobili
- DOST Agentliyi – 850 min 850 manata 13 ədəd minik avtomobili
- Dövlət Məşğulluq Agentliyi – 321 min 440 manata 3 ədəd minik avtomobili
- Dövlət Məşğulluq Agentliyi – 589 min 50 manata 9 ədəd minik avtomobili
- Dövlət Sosial Müdafiə Fondu – 421 min 440 manata 4 ədəd minik avtomobili
- Dövlət Sosial Müdafiə Fondu – 523 min 600 manata 8 ədəd minik avtomobili
Məlumat üçün bildirək ki, “Toyota Absheron Merkezı” MMC 12 yanvar 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Bakə-Quba Şossesi, ev 6 KM-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Cəmil Böyükağa oöğludur.
Onu da bildirək ki, “Toyota” avtomobillərinin Azərbaycandakı satışını həyata keçirən “Toyota Absheron Merkezı” MMC tanınmış iş adamı İsgəndər Xəlilova məxsus olan “İSR Holdinq” şirkətlər qrupuna daxildir. 2014 - 2016-cı illərdə “Toyota”nın Bakıdakı satış mərkəzinə hazırda Dövlət Məşğulluq Agentliyinin sədri olan Mustafa Abbasbəyli rəhbərlik edib.
(Yeniavaz.com)
Paylaş:
Müəllif : Fuad
Tarix:17-01-2024, 12:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər