reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nazirlik məktəblərin mühafizəsi üçün tanınmış şirkətə 3,3 milyon manat ayırdı

reklam

Nazirlik məktəblərin mühafizəsi üçün tanınmış şirkətə 3,3 milyon manat ayırdı


















Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi “Alov-Mühafizə” MMC (VÖEN – 1601045851) olub.

“Alov-Mühafizə” MMC 2024-cü il ərzində bir sıra təhsil müəssisələrinin mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında nazirlik “Alov-Mühafizə” MMC-yə 3 milyon 288 min 692 manat 57 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “Alov-Mühafizə” MMC 21 aprel 2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.

Qeyd edək ki, 3,3 milyonluq müsabiqənin qalibi olan “Alov-Mühafizə” MMC-nin adı daha əvvəl tender sənədlərini saxtalaşdırmaqda hallanıb. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib və bildirilib ki, müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib. Qeyd olunub ki, sənədlərin saxtalaşdırılmasında iştirak edən şirkətlər arasında  “Alov Mühafizə” MMC-nin 10 saylı filialı və  “Vətən-N Mühafizə Xidməti” MMC-nin 8 saylı filialı da olub.

Onu da qeyd edək ki, “Vətən-N Mühafizə Xidməti” MMC  27 yanvar 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Xəzər rayonu, Şüvələn ŞTQ, ev 921 K”da yerləşən MMC-nin nizamnamə kapitalı 300 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Qasımov Etibar Ağahüseyn oğlu olub.

Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən biri olan “Riyad Mühafizə Xidməti” MMC-nin qanuni təmsilçisi olub.

Mətbuatda yayılan sənədlərdə Qasımov Etibar Ağahüseyn oğlunun eyni zamanda “Alov-Mühafizə” MMC-yə rəhbərlik etdiyi (Baş idarə rəisi) qeyd olunub. Mətbuatda “Alov-Mühafizə” MMC-nin də “Riyad Mühafizə Xidməti” MMC-nin bazası əsasında yaradıldığı bildirilib. “Riyad Mühafizə Xidməti” MMC-nin mərhum iqtisadçı-professor Aqil Əlirza oğlu Əliyevin nəvəsi Riyad Əliyevə məxsus olduğu bildirilir.

Bundan başqa ötən il “Alov-Mühafizə” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 2 milyona yaxın vergi borcu da olub.

Ötən il “Vətən-N Mühafizə Xidməti” MMC-nin qeydiyyatda olduğu hüquqi ünvanda “Rıyad Productıon” MMC (VÖEN – 1203302481) adlı yeni şirkət dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan “Rıyad Productıon” MMC dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçisi Qasımov Etibar Ağahüseyn oğlu olub. Təxminən 1 ay sonra – mart ayının 3-də şirkətin qanuni təmsilçisi dəyişdirilib.





Paylaş:


Müəllif : Tarix:
18-01-2024, 11:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər