“7 namizədin 4-ü Ramiz Mehdiyevin kadrıdır” – “Belə debat olar?!”
“O vaxtı seçkilərə qatılan namizədlər çox təcrübəli və siyasi baxımdan həddindən artıq savadlı insanlar idi. Doğrudur, bu gün həmin seçkilərdə namizədliyini verən şəxslər var, amma builki debatlar çox sönükdür. Belə debat olar?!”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
7 fevral prezident seçkiləri ərəfəsində həftənin 1-3-5-ci günlərində “İctimai Televiziya”nın efirində yayımlanan debatdan söz açan partiya sədri onu sönük adlandırıb.
MMP lideri iddia edib ki, namizədlər efirə çıxıb tapmaca danışırlar:
“Onlar xalqın maraqlarını heç vaxt deyə bilmirlər, buna cəsarət etmirlər. Elə bil ki, nədənsə çəkinib qorxurlar, sözlərini deyə bilmirlər. Yaxud da ki, baxırsan, özlərini itirirlər. Maraqlıdır, niyə özlərini itirirlər, nəyə görə belə hallara yol verirlər, bunlar müəmmalıdır. Məhz buna görə də indiki debatlar seçicilər üçün maraqsızdır.
Mən o vaxtı çıxış edəndə xalqımın dərdlərini və problemlərini dilə gətirmişəm. İndi də o fikirdəyəm. Çünki Azərbaycan xalqı bu gün ağır bir duruma düşüb. Ölkədə məmur özbaşınalığı mövcuddur. Onların dövlət başçısına xəyanət etməsi, onun apardığı siyasətə adekvat cavab verə bilməmələri və digər faktlar debatda deyilməlidir, lakin deyə bilmirlər. Məncə, onlar siyasi baxımdan çox zəifdirlər. Yaxud da ki, onların başına sədlər qoyulub deyə ondan artıq danışa bilmirlər”.
Müsahibimiz əmin edib ki, bizim xalqımız çox qədirbilən xalqdır və onun dərdlərini bölüşən siyasilərə həmişə yüksək hörmətlə yanaşıblar:
“Xalq fikirləşir ki, əgər namizədlərdən biri gəlib onun dərdini efirdə açıqlayırsa, hansısa bir neqativ halı işıqlandırırsa, ona səs verməlidir. Onsuz da Azərbaycanda kimlərinsə hesabına, korrupsiya vasitəsilə qabiliyyətsiz adamlar ən böyük vəzifələrdə oturublar. Belələrinin sayı da çoxdur. Namizədlər pensiya məsələsini nədənsə çox sönük, qorxa-qorxa dilə gətirirlər. Ölkədə gedən bahalaşmadan, bunun səbəb və səbəbkarlarından danışmırlar. Vəzifələrə seçilən məmurların əksəriyyəti bu gün gənclərdir. Onların hamısı təcrübəsiz və tərbiyəsiz insanlardır ki, gəliblər oraya. Ona görə də bu məsələlər qabardılsaydı, daha yaxşı olardı. Məhz bunun üçün bizim dövrümüzdə olan seçkilər daha maraqlı idi”.
O, düşünür ki, bu cür “ayı xidməti” göstərmək lazım deyil:
“Ölkə Prezidenti güclü və böyük nüfuza sahibdir deyə onlar İlham Əliyevlə ayaqlaşa bilmirlər. Mən onlara təklif edərdim ki, növbəti debatlarda bəyanat verib öz namizədliklərini geri götürsünlər. Çünki onların dilə gətirə bilmədiyi problemləri Prezident söyləyib. Mənə elə gəlir ki, dövlət başçısı bu seçkidən sonra tədbir görəcək. Çünki bu debatlar bizi dünyada biabır edir. Dünya, beynəlxalq təşkilatlar baxır, monitorinq aparılır. Bu barədə keçirilən görüşlərdə də debatın zəif olmasının səbəbini deyə bilmirik. İstərdim ki, bugünkü namizədlər Qarabağdakı zəfərimizə kölgə salmasınlar”.
“Məsələn, Fuad Əliyev öz namizədliyini verib. Axı sən Azərbaycan dilində danışa bilmirsən, ayıbdır! Özünə hörmət etmirsənsə, heç olmasa, qarşında duran tamaşaçıya hörmət et! Sən heç danışığını, özünü idarə edə bilmirsən, amma gəlib xalqa dərs keçirsən!
Orada hansısa qüvvələr də var ki, cəbhəni və ideologiyanı satıb gedib parlamentdə oturub. Oradakı adamların əksəriyyəti Ramiz Mehdiyevin qoyduğu kadrlardır. Belə müəmmalı məsələlər bizi düşündürür. Deyərdim ki, 7 namizədin 3-4 nəfəri Ramiz Mehdiyevin adamıdır və onun vasitəsilə parlamentə düşüblər. Bunlar bizi narahat edir, lakin biz də susmayacağıq və öz sözümü deməyə davam edəcəyik”, – deyə müsahibimiz fikirlərini tamamlayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-01-2024, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər