reklam
Regionxeberlericom.az » Cəmiyyət » Meyxanaçı Mircəlal: “Rəşad Dağlı gəlsəydi, hamısı toyda olacaqdı”

reklam

Meyxanaçı Mircəlal: “Rəşad Dağlı gəlsəydi, hamısı toyda olacaqdı”
















“Məşədibaba sağ olsaydı, mən heç meyxana deməzdim. Onun olduğu yerdə buna ehtiyac olmazdı”. 

Bunu Baku TV-nin “Arzunun vaxtı” verilişində mərhum meyxanaçı Məşədibabanın sənətini davam etdirən oğlu Mircəlal deyib. 

O, atasının yoxluğunu doldurmaq üçün meyxanaya gəldiyini vurğulayıb.

Müzakirələrə səbəb olan toyundan danışan meyxanaçı bunu yaşlı qohumlarına görə etdiyini söyləyib: 

“İstəyirdim, onlar toyumu görsünlər. Həm də meyxana elə sənətdir ki, hər an başına nəsə gələ bilər. Bakılılarda gəlinsiz toy etmək adəti var. Buna “lotu toyu” deyirlər”. 

Mircəlal toyuna gəlməyən meyxanaçılardan da gileylənib: 

“Bəzi meyxanaçılar söz verdilər, amma toyuma gəlmədilər. Rəşad Dağlı gəlsəydi, hamısı toyda olacaqdı”. 

Ətraflı süjetdə: 




Paylaş:


Müəllif : Tarix:
19-01-2024, 11:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər