reklam
Regionxeberlericom.az » Cəmiyyət » Şvartsenegger hava limanında saxlanmasına səbəb olan “başıbəlalı” saatını satdı - FOTO

reklam

Şvartsenegger hava limanında saxlanmasına səbəb olan “başıbəlalı” saatını satdı - FOTO

















Məşhur amerikalı aktyor Arnold Şvartsenegger Münhen hava limanında saxlanılmasına səbəb olan, özünün dəbdəbəli “Audemars Piguet” saatını hərracda satıb.

O, saat üçün 270 min avro alıb.

Xeyriyyə hərracı Avstriyanın Tirol federal əyalətində Kisbyüel bölgəsindəki “Stanglwirt” otelində baş tutub. Saatın ilkin qiyməti 50 min avro olub. Satışdan əldə edilən gəlirin hamısı ekoloji layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

“Audemars Piguet” ulduzun şəxsi kolleksiyasından olan unikal saatdır və xüsusilə onun üçün hazırlanıb.

Xatırladaq ki, yanvarın 17-də aktyor Almaniya ərazisinə daxil olarkən Münhen hava limanında gömrük polisi tərəfindən saxlanılıb. Kisbyüeldəki Dünya İqlim Sammitinə gələn Şvartsenegger özü ilə lüks brend “Audemars Piguet”dən dəbdəbəli saat da gətirib. O, saatı xeyriyyə hərracında satmaq istəyib. Əvvəlcə ulduz öz məşhurluğu ilə gömrükçülərin diqqətini çəkib. Daha sonra isə onun əlində dəbdəbəli əşyanın olduğunu görüblər.

Faktla bağlı cinayət işi açılıb.





Paylaş:


Müəllif : Tarix:
19-01-2024, 22:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər