“Kələm xərçəngin qarşısını almağa kömək edə bilər”
“Hər növ kələm faydalı mikroelementlərlə zəngindir. Bu da başqa şeylərlə yanaşı, xərçəngin qarşısını almağa kömək edir”.
Bu barədə dietoloq, qastroenteroloq, terapevt Aleksandra Razarenova “Sputnik radio”suna danışıb.
Onun sözlərinə görə, ağ kələm C və K vitaminləri, həmçinin həzm üçün faydalı olan lif mənbəyidir:
“Qırmızı, gül kələm və Brüssel kələmi kalium və fol turşusu ilə zəngindir və güclü antioksidan xüsusiyyətlərə malik antosiyaninləri ehtiva edir. Brokolinin tərkibinin digər kələm növləri ilə çox oxşarlıqları var, üstəlik, tərkibində çoxlu kalsium və A vitamini var. İstənilən növ kələm yemək ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır, immunitet sistemini gücləndirir, həzmi yaxşılaşdırır, həmçinin dərini sağlam saxlamağa kömək edir”.
Bundan əlavə, dietoloqun fikrincə, kələm iltihab əleyhinə təsir göstərə bilər və xərçəngin qarşısını almağa kömək edə bilər:
“Çünki kəsildikdə və ya çeynədikdə ondan ayrılan maddələr var. Məsələ burasındadır ki, onun tərkibində qlükozinolatlar var, onların emalı zamanı bioloji aktiv maddə - sulforafan əmələ gəlir. Bəzi tədqiqatlar göstərir ki, sulforafanın müxtəlif xərçəng növlərindən qorunmağa kömək edə biləcəyi və antiinflamatuar təsiri var. O, həmçinin detoksifikasiya proseslərini stimullaşdırmaq qabiliyyəti ilə də tanınır”.
Həkim qeyd edib ki, mədə-bağırsaq traktının xəstəlikləri olan insanlar, çiy kələm yeməyin mümkünlüyü barədə həkim və ya dietoloqla məsləhətləşməlidirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-01-2024, 21:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər