12 yaşlı uşaq Afrikanın ən yüksək zirvəsinə qalxdı
Mərakeşli 12 yaşlı Yusuf et-Tazi Afrika qitəsinin ən yüksək dağı olan Tanzaniyadakı dəniz səviyyəsindən 5 min 895 metr hündürlükdə olan Kilimancaro dağının zirvəsinə qalxmağı bacarıb.
Əlində Mərakeş bayrağı olan Tazi Kilimancaro dağının zirvəsindən bir video paylaşıb.
“Kilimancaro dağına qalxan ən kiçik mərakeşli kimi tarixi bir uğura imza atdığım üçün qürur duyuram. Ölkəmi beynəlxalq səhnədə qürurla təmsil etdiyim və sevimli ölkəmizin uşaq və gənclərini şərəfləndirdiyim üçün çox xoşbəxtəm” ”, - deyə o paylaşdığı videoda bildirib.
Tazi Kilimancaro zirvəsinə qalxmaq üçün neçə saat sərf etdiyini açıqlamasa da, “Uşaqlıqdan bəri yüksək dağlara dırmaşmaq həvəsim və məqsədim ailəmin bütün üzvləri, xüsusilə güclü dəstəkçisi və böyük təşviq mənbəyim olan atam Ömer et-Tazi tərəfindən dəstəkləndi”, - vurğulayıb.
Qeyd edək ki, Tazi 2023-cü ilin avqustunda atası ilə Ağrı dağının zirvəsinə qalxıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-01-2024, 09:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər