reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Zəfər” kursları bu səfər imtahandan yaxşı çıxa bilmədi... - OLAY

reklam

“Zəfər” kursları bu səfər imtahandan yaxşı çıxa bilmədi... - OLAY














“Zəfər” kurslarının Nərimanov filialında yanvarın 21-də keçirilmiş sınaq imtahanları zamanı xoşagəlməz hadisə yaşanıb.

TNS xəbər verir ki, buraxılış imtahanları əsasında sınaq imtahanında iştirak edən 11-ci sinif şagirdi olan yeniyetmə mobil telefonunu aidiyyəti üzrə nəzarətçiyə təqdim edib. Nəzarətçi isə telefonu mühafizəyə təhvil verib.

İmtahandan sonra telefonunu geri alan yeniyetmə bir az keçmiş telefonla üz qabığı arasına qoyduğu 20 manatın orada olmadığını görüb. O, dərhal kursla əlaqə saxlasa da, bildiriblər ki, bazar günü olduğundan imtahandan sonra hamı gedib, filialda heç kim qalmayıb. Məsləhət biliblər ki, ertəsi gün filiala yaxınlaşsın.

Ertəsi gün – yanvarın 22-də filiala gedən yeniyetməni xeyli gözlətdikdən sonra deyiblər ki, telefonun arxa hissəsində həqiqətən pulun olub-olmadığını müəyyənləşdirmək mümkün deyil. Buna görə məktəblinin 20 manatı qaytarılmayıb.

TNS hadisə ilə bağlı “Zəfər” kurslarının Nərimanov filialı ilə əlaqə saxlayıb. Kursdan bildirilib ki, telefonların mühafizə olunduğu otaqda kamera olmadığından məsələni dəqiqləşdirmək mümkün deyil: “İmtahanda yüzlərlə yeniyetmə iştirak edib, hamısının telefonu nəzarətçi tərəfindən toplanıb. O qədər telefonun arasında birinin arxasında pul olub-olmadığını necə müəyyənləşdirmək olar?”

Yeniyetmələrin təhvil verdiyi telefonlara hər hansı müdaxilənin qanunsuz olması barədə suala isə heç bir cavab verilməyib.




Paylaş:


Müəllif : Tarix:
23-01-2024, 09:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər