reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ukraynanın şəhərləri bombalanıb – Ölənlər var

reklam

Ukraynanın şəhərləri bombalanıb – Ölənlər var


















Rusiya Ukraynaya yeni irimiqyaslı kütləvi raket zərbəsi endirib.

10-dan çox “Tu-95MS” bombardmançı təyyarəsi səhər saat 6-da sərhədi keçərək, Kiyev, Xarkov və Pavloqradı vuran qanadlı raketlər buraxıb.

Qeyd olunur ki, onlarla insan yaralanıb, bəziləri isə ölüb.

Bu, dekabrın sonundan bəri Rusiyanın beşinci kütləvi raket hücumudur.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının bəyanatına görə, dekabrın sonları və yanvarın əvvəllərində olduğu kimi, Rusiya hərbçiləri təkcə qanadlı raketlərdən deyil, həm də ballistik, aviasiya və zenit raketlərindən istifadə etməklə zərbə endiriblər.

Onun sözlərinə görə, ümumilikdə 41 raket atılıb: “Tu-95MS” strateji bombardmançılarından atılan 15 ədəd Kh-101/Kh-555/Kh-55 qanadlı raket, “Tu-22M3” bombardmançılarından atılan 8 ədəd Kh-22, 2 ədəd Kh-59 raketləri, həmçinin, 12 ədəd “İsgəndər-M” ballistik raketi və 4 ədəd S-300/S-400 raketi.

Zalujnı deyib ki, hədəflərin yalnız yarısı vurulub - 15 ədəd X-101/X-555/X-55 qanadlı raketi, 5 ədəd “İsgəndər-M” ballistik raketi və 1 ədəd X-59 təyyarə raketi:

“Ballistik trayektoriya ilə hücum edən düşmən raketlərinin heç də hamısı hədəflərinə çatmayıb”.

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko isə səhər saatlarında bildirib ki, ölkəyə kütləvi raket hücumu nəticəsində 1-i Kiyevdə olmaqla 5 nəfər ölüb.

Kiyev şəhər meri Vitali Kliçko isə 3-ü uşaq olmaqla 20 yaralıdan bəhs edib.

“Onların əksəriyyəti Solomenski rayonundandır. 6 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfər yerində tibbi yardım alıb”, - deyə o, “Telegram” kanalında yazıb.

Raket zərbələri dağıntılar və yanğınlarla müşayiət olunub.

(BBC)




Paylaş:


Müəllif : Tarix:
23-01-2024, 17:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər