reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qəzzada partlayış: 21 İsrail hərbçisi öldü

reklam

Qəzzada partlayış: 21 İsrail hərbçisi öldü


















Qəzza zolağının mərkəzi hissəsində gedən döyüşlər zamanı 21 İsrail hərbçisi həlak olub.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Haqari bildirib.

Onun sözlərinə görə, yanvarın 22-də İsrail ordusunun hərbçiləri Qəzza zolağında İsrailin Kisufim kibbutsundan təxminən 600 metr məsafədə yerləşən iki ikimərtəbəli binaya daxil olaraq partlayıcılar yerləşdiriblər. Onlar terror infrastrukturunun ləğvi çərçivəsində bu binaları partlatmaq niyyətində idilər. Ancaq HƏMAS üzvləri daha sonra hərbçiləri əhatə edən tanka tank əleyhinə raket atıblar. Hər iki binada eyni vaxtda partlayış baş verib və hərbçilər dağıntılar altında qalıblar.

İsrailin Baş naziri Benyamin Netanyahu 21 hərbçinin ölümü ilə nəticələnən bu hadisəni müharibənin başlanmasından bəri ən ağır hadisələrdən biri adlandırıb və ordunun hadisəni araşdırmağa başladığını bildirib.

Bir sıra İsrail mənbələri isə partlayışda 24 hərbçinin öldüyünü xəbər verirlər.

Qeyd edək ki, Qəzzada döyüşlərin başladığı 7 oktyabr 2023-cü ildən bəri 552 İsrail hərbşisi həlak olub.




Paylaş:


Müəllif : Tarix:
23-01-2024, 17:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər