reklam
Regionxeberlericom.az » Cəmiyyət » ”Şəxsi keyfiyyətləri aşağı olanlar rəhbər təyin edilməməlidir”

reklam

”Şəxsi keyfiyyətləri aşağı olanlar rəhbər təyin edilməməlidir”
















Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov “Yeni Sabah”a açıqlamasında orta təhsil müəssisələrinin de-kriminallaşmasında ata və anaların rolunu vacib sayıb və bildirib ki, məktəb psixoloqları bu məsələyə əncam çəkməlidir. 

Professorun bu açıqlaması müzakirələrə səbəb olub.

Psixoloq Vüsalə Rüstəm bununla bağlı saytımıza açıqlama verib. O bildirib ki, uşaqlara dərs zamanı və məktəb daxilində baş vermiş gərginlik və münaqişələrdə valideynlərin nəzarət etməsi demək olar ki, mümkünsüzdür:

“Valideyn sadəcə evdə uşağın emosional vəziyyətindən problemi olduğunu anlaya bilər. Yuxarı sinif şagirdləri isə valideynə gileylənməyi özlərinə sığışdırmırlar. Burada sırf məsuliyyət prosesi təşkil edən təhsil müəssisələrinin rəhbərlərinin və digər pedaqoji işçilərin üzərinə düşür”. 

Ekspert qeyd edib ki, həmin məsələdə məktəb psixoloqunun məsuliyyət payı böyükdür və o, bütün şagirdləri tanımalı və onlarla iş aparmalıdır: 

“Məktəb daxilində baş verən kiçik və böyük bütün gərginlik və hadisələrdə birbaşa bütün məsuliyyət məktəb rəhbərinin üzərinə düşür. O, bütün işlərin mərkəzində olmalıdır, məktəbdə fəaliyyət göstərən hər bir rəhbər işçinin və müəllimlərin işinə ciddi nəzarət etməlidir. Şagirdlər arasında baş verən bütün gərginliklərin sonunda nəticə ilə maraqlanmalıdır. Sadə dildə desək, məktəb rəhbəri tədris prosesinin günəşi, mərkəzidir. Təcrübəsiz, şəxsi keyfiyyətləri aşağı olan adamlar rəhbər təyin edilməməlidir”. 




Paylaş:


Müəllif : Tarix:
23-01-2024, 18:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər