Ukraynada döyüşmüş keçmiş məhbuslar Putinə müraciət etdilər
Müharibədən qayıdan “Storm Z” bölmələrinin keçmiş məhbusları Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayınlar.
Bu barədə məktubu əldə edən “Vajnie istorii” məlumat yayıb.
Müraciətin həqiqiliyi onun müəlliflərindən biri tərəfindən nəşrə təsdiq edilib.
Bildirilir ki, Putinə müraciəti Ukrayna müharibəsində iştirak etmiş yeddi keçmiş məhbus yazıb. Onlar yazırlar ki, müharibədə iştirak etdikləri müddətdə bircə dənə də olsun tam maaş, cəbhə xəttində olduqlarına görə döyüş ödənişləri və yaralarına görə ödənişlər almayıblar.
Məktub müəllifləri qeyd edirlər ki, hərbi hissədən lazımi çıxarışlar verilmədiyi üçün döyüş veteranları olduqlarına görə arayış ala bilmirlər.
2023-cü ilin yayında Severodonetsk və Zaporojye istiqamətlərində döyüşən 42 yaşlı Roman Polyakov jurnalistlərə bildirib ki, çoxsaylı yaralar alıb. Onun sözlərinə görə, indi o, cinayəti olduğu üçün Rusiyada işə düzələ bilmir.
Onun sözlərinə görə, ona və digər məhbuslara “tam reabilitasiya”, yəni cinayət qeydlərinin silinməsi vəd edilib, lakin yerinə yetirilməyib.
“Əslində bizə maaşımızın maksimum yarısı ödənilib: yəni 100-105 min. Düz üç ayı qırmızı zonada keçirməyimə baxmayaraq, mənə üç gün döyüş maaşı verilib. Xəsarətə görə bizə dedilər ki, ödənişimiz prezidentin 98-ci fərmanına uyğun deyil, Müdafiə Nazirliyindən bizim üçün ayrıca sərəncam var: yüngül xəsarətə görə - 50 min rubl, ağır xəsarətə görə - 300 min. Amma bu pulu da görmək mümkün deyil, çünki məsələn, mən iki aydır zədənin ağırlığı ilə bağlı arayış ala bilmirəm”, - Polyakov bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-01-2024, 22:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər