“WhatsApp+” işlədirsinizsə, tez silin - Rəsmi xəbərdarlıq

Azərbaycanda vatsap profillərinə kütləvi şəkildə haker hücumu olub. Xüsusən, “WhatsApp+” istifadəçilərinə məxsus profillərin ələ keçirildiyi deyilir.
Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bəzi vətəndaşlar həmçinin bu gün səhər saatlarından etibarən mağazalarda bank kartları ilə ödəniş edə bilmədiklərini deyirlər.
Texnobloqer Fərid Pərdəşünas da feysbuk hesabında analoji problemin yaşanması, “WhatsApp+” profillərinə kütləvi hücumun olması ilə bağlı paylaşım edib. O, sözügedən tətbiqin istifadəçilərinin ələ keçirilən profillər üzərindən bank hesablarına girildiyi və hesablardakı məbləğlərin çıxarıldığını iddia edib: “Hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır. Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir”.
Onun sözlərinə görə, Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir. “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir.
Yaranmış problemlə əlaqədar Elektron Təhlükəsizlik Xidməti ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən sorğumuza belə cavab aldıq: “Elektron Təhlükəsizlik Xidməti vətəndaşları tətbiqləri yükləyərkən diqqətli olmağa çağırır. Xidmət tərəfindən aparılan araşdırmalar nəticəsində vətəndaşların üzləşdiyi maliyyə itkisinin və cihazlarının zərərverici proqramlarla yoluxmasının əsas səbəbinin “WhatsApp+” və bunun kimi rəsmi müəllifi tərəfindən yayımlanmayan və etibarlı mənbələrdən yüklənilməyən tətbiqlər nəticəsində baş verdiyi müəyyən olunub.
Həmçinin müşahidələr göstərir ki, kiberdələduzlar belə tətbiqlər vasitəsilə vətəndaşların fərdi məlumatlarını oğurlamaq və cihazlarından növbəti kiberhücumları həyata keçirmək üçün istifadə edir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu kimi hallara diqqətlə yanaşmağı, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi, tətbiqləri yükləyərkən verilən icazələri nəzərdən keçirməyi tövsiyə edir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-01-2024, 11:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Həkimdən Teymur Musayevə sərt etiraz: "Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?"

Qubada dəhşət: Qadın xəstəxananın sanqovşağında doğduğu uşağı öldürməyə cəhddə ittiham edilir

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi qəbul etdi

“Azərpoçt” keçmiş rəhbərliyin korrupsiya işində adı keçən şirkətlə 260 minlik müqavilə bağlayıb - ARAŞDIRMA

Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!

Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmənə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO

“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı

Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,…
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |