reklam
Regionxeberlericom.az » Cəmiyyət » Turizm Agentliyi bu dəfə 600 bağlama qənd alır – Təfərrüat

reklam

Turizm Agentliyi bu dəfə 600 bağlama qənd alır – Təfərrüat


















Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi “Smartexpo” MMC olub.

“Smartexpo” MMC 2024-cü ilin 6-9 fevral tarixlərində İstanbul şəhərində keçiriləcək turizm sərgisində Dövlət Turizm Agentliyi üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərini həyata keçirəcək.

Görüləcək işlərin və göstəriləcək xidmətlərin qarşılığnda Turizm Agentliyi “Smartexpo” MMC-yə 75 min 912 manat 94 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, qalib şirkətin rəsmi veb-saytında “Smartexpo” MMC-nin sərgi stendlərinin qurucusu və təchizatçısı olduğu bildirilir.

“Smartexpo” MMC Dövlət Turizm Agentliyinin İstanbulda qurulacaq sərgi stendini qida məhsulları ilə də təmin edəcək.

Sərgi stendi üçün alınacaq bəzi qida məhsullarını təqdim edirik:

Çay paketi – 800 qara, 600 yaşıl

Qənd – 600 bağlama

Süd – 12 qutu

Mini paxlava – 100 ədəd

Mini şəkərbura – 100 ədəd

Məlumat üçün onu da qeyd edək ki, bir müddət əvvəl Dövlət Turizm Agentliyinin Qərbi Azərbaycan Mətbəxi ilə bağlı tədbirin təşkili üçün elan etdiyi tender müsabiqəsi ölkədə geniş müzakirələrə səbəb olub. Tender elanında Agentliyin almaq istədiyi qida məhsullarının miqdarının yüksək göstərilməsi insanlar tərəfindən birmənalı qarşılanmayıb. Daha sonra Agentlikdən verilən açıqlamada tender elanında yer alan rəqəmlərdə qeydə alınan texniki səhvin düzəldildiyi bildirilib.

Turizm Agentliyi 150 nəfər qonaq üçün 6 ton balıq, 5 ton qovurma, 3 ton araq alır





Paylaş:


Müəllif : Tarix:
26-01-2024, 16:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər