reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Tramp Kerola 80 milyon dollar ödəməlidir” – Məhkəmə

reklam

“Tramp Kerola 80 milyon dollar ödəməlidir” – Məhkəmə


















Nyu-York məhkəməsinin münsiflər heyəti yazıçı Cin Kerolun iddiası əsasında ABŞ-ın keçmiş prezidenti Donald Trampı 80 milyon dollardan çox təzminat ödəməyə məcbur edib.

CNN xəbər verir ki, bundan əvvəl o, siyasətçini təqib və böhtanda ittiham edib.

“Münsiflər heyəti Trampın Cin Kerola 83,3 milyon dollar təzminat ödəməli olduğuna qərar verdi”, - məlumatda deyilir.

Xatırladaq ki, 2019-cu ildə bir neçə tanınmış nəşrin köşə yazarı olan Kerol 1995-ci ilin sonu və ya 1996-cı ilin əvvəlində Trampın ona təcavüz etdiyini iddia etdiyi bir kitab nəşr edib. O, məhkəməyə müvafiq iddia qaldırmışdı, lakin sonra iş davam etmədi. 2022-ci ilin noyabrında amerikalı qadın eks-prezidentə qarşı yeni iddia qaldıraraq onu böhtan və zorlamanı inkar etməkdə ittiham edib. Tramp öz növbəsində dəfələrlə bu ittihamları rədd edərək, Kerolla heç vaxt görüşmədiyini deyib.




Paylaş:


Müəllif : Tarix:
27-01-2024, 20:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər