reklam
Regionxeberlericom.az » Cəmiyyət » Müdafiə Nazirliyi şəhid olan hərbçi ilə bağlı məlumat yaydı – Yenilənib

reklam

Müdafiə Nazirliyi şəhid olan hərbçi ilə bağlı məlumat yaydı – Yenilənib


















Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərimizin səylərinə baxmayaraq şəhid olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!


***11:26

19 sentyabrda düşmən təxribatının qarşısını alarkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz – Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlu Bakı şəhərində şəhid olub.

Bu barədə APA məlumat yayıb.

Şəhid Hacıəli Qasımovun doğulduğu kənddə dəfn ediləcəyi bildirilir.

Bura barədə Tovuz rayon icra hakimiyyətinin Qaraxanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov məlumat verib.




Paylaş:


Müəllif : Tarix:
28-01-2024, 13:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər