Tovuzda şəhid Hacıəli Qasımovla vida mərasimi keçirilir
Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri zamanı ağır yaralanan, həkimlərin səylərinə baxmayaraq, şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Hacıəli Qasımovla vida mərasimi keçirilir.
RegionXəbərləricom.az Report-a istinadla xəbər verir ki, onun nəşi doğulub boya-başa çatdığı Tovuz rayonunun Qaraxanlı kəndinə gətirilib.
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, Tovuz rayon ictimaiyyəti nümayəndələri və sakinlər iştirak edirlər.
Şəhidimiz vida mərasimindən sonra Qaraxanlı kənd qəbirstanlığında dəfn olunacaq.
Qeyd edək ki, onlar ailədə 4 övlad olublar. Onun əkiz qardaşı və 2 bacısı var. H.Qasımov hərbi xidmətə qardaşı ilə birlikdə, 18 yaşında gedib. Həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra xidmətini həqiqi hərbi xidmət qulluqçusu kimi davam etdirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-01-2024, 13:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR