Zəlzələ ilə bağlı yeni açıqlama: Bakının bu ərazilərində...
Seysmoloqların proqnozlarına əsasən, bu il Azərbaycanda güclü zəlzələlərin baş verməsi labüddür. Bu cəhətdən Bakının hansı əraziləri təhlükəli zona hesab olunur?
Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev məsələ ilə bağlı fikirlərini “Yeni Sabah”la bölüşüb.
Onun sözlərinə görə, hiss olunan zəlzələlər 15-20 il davam edəcək:
“2024-cü ilin əvvəlində də qeyd etdiyim kimi, bu il həm dünya miqyasında, həm də ölkəmizdə seysmik-tektonik superaktivlik müşahidə olunacaq. Amma Bakıda güclü zəlzələnin gözlənilməsi ilə bağlı suala cavab vermək çətindir. Dünya seysmologiyasında 3 tip zəlzələ proqnozu mövcuddur: qısa müddətli, orta müddətli və uzun müddətli. Qısamüddətli zəlzələnin gücü, zamanı və dərinliyi haqda əvvəlcədən məlumat vermək mümkün deyil.
Orta və uzun müddətli zəlzələ barədə proqnoz vermək olar. Qısa müddətli zəlzələ ilə əlaqəli isə ehtimal olaraq nə isə deyilə bilər.
Kateqoriyasına görə zəlzələlər hiss olunan, hiss olunmayan və katastrofik növlərə ayrılır. Mən həmişə qeydlərimi hiss olunan zəlzələlər üzrə aparmışam. Bu il Azərbaycanda hiss olunan zəlzələ qaçılmazdır. Çünki 2023-cü ildə baş verən seysmik-tektonik aktivliyin təhlili bunu göstərir. Biz dövrülük müddətini yaşayırıq və bu, 15-20 ili əhatə edir”.
Seysmoloq paytaxtın seysmik cəhətdən təhlükəli ərazilərini açıqlayıb:
“Xəzər dənizinin seysmik ocaqları hər zaman təhlükə mənbəyidir. Bu, seysmik və tektonik cəhətdən mürəkkəb zonadır. Bir neçə tektonik pozulmaların, qırılma və qırışıqlıqların birləşdiyi ərazi Xəzərin dərinliyində yerləşir. Buna görə də ola bilməz ki, bütün zəlzələ ocaqları oyanan zaman bu yer sakit qalsın. Bütün bunları nəzərə alanda Bakı şəhəri üçün ən böyük təhlükə elə Xəzər dənizi ocaqlarıdır.
Şamaxı-İsmayıllı seysmik zonası da Abşeron yarımadası üçün təhlükə mənbəyidir.
Paytaxtın hansı bölgələrində güclü zəlzələnin baş vermə ehtimalının olduğunu demək üçün ssenari qurulur. Bu məsələ üzrə Geologiya İnstitutunun seysmologiya və seysmik təhlükə şöbəsində bir sıra tədqiqatlar aparılıb. Müxtəlif yanaşmaların vəhdətini rəhbər tutmaqla, həmin proses həyata keçirilib. Bunun əsasında demək olar ki, 28 May, Sahilyanı, Elmlər Akademiyası, Yasamal, Bayıl zonaları seysmik aktiv ərazilər hesab olunur. Amma hansı zonadan asılı olmayaraq, Azərbaycanda bu il hiss olunan zəlzələlərin baş verməsi gözləniləndir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-01-2024, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər