Qonşusu Afiyəddin Cəlilovun nəvəsinin müdafiəsinə qalxdı: “Böyüyə, kiçiyə hörmət edən uşaqdır”

Sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınaraq qeyri-etik hərəkətlərilə gündəmə gələn, videolar çəkərək “TikTok”da paylaşan yeniyetmənin xəstəxanaya yerləşdirildiyi barədə xəbər vermişdik.
Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilən yeniyetmənin hərəkətləri sosial şəbəkələrdə pislənilir. 2009-cu il təvəllüdlü 9-cu sinif şagirdinin məşhur ailədən - Milli Məclisin mərhum vitse-spikeri Afiyəddin Cəlilovun nəvəsi olması isə olayla bağlı müzakirələri bir qədər də qızışdırıb.
Çoxları tənqid edərkən yeniyetmənin qonşularından biri onun müdafiəsinə qalxıb.
Modern.az xəbər verir ki, babasının ad-soyadını daşıyan 15 yaşlı Afiyəddin Cəlilovun qonşusu - Zərifə Mahmudova adlı qadın yeniyetmənin “TikTok”un qurbanı olduğunu qeyd edib:
“Neçə gündür, rəhmətlik Afiyəddin Cəlilovun nəvəsinə qarşı kampaniya davam edir. O uşaq bizim qonşumuzdur. Gözümün qabağında doğulub-böyüyüb. Çox tərbiyəli, böyüyə, kiçiyə hörmət edən sadə bir oğlandır. Sadəcə, zəmanə uşağıdır, “TikTok”un növbəti qurbanlarından biridir. Bir yeniyetmənin həyatını belə məhv etmək olmaz! Allahdan qorxun!” - deyə yeniyetmənin qonşusu sosial şəbəkələrdəki müzakirələrə etiraz edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-01-2024, 16:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…