reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ermənistanda keçmiş nazir müavini saxlanıldı

reklam

Ermənistanda keçmiş nazir müavini saxlanıldı
















Ermənistanın iqtisadiyyat nazirinin keçmiş müavini Ani İspiryan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılıb.

RegionXəbərləricom.az NEWS.am-a istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat nazirinin mətbuat katibi Astgik Sarkisyan bildirib.

O, əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının onu hansı statusda apardığı məlum deyil:

“Faktla bağlı araşdırmalar aparılır. Biz korrupsiyaya qarşı mübarizəni son dərəcə vacib hesab edirik, lakin təqsirsizlik prezumpsiyasını rəhbər tuturuq”.

Xatırladaq ki, daha əvvəl Ermənistan İqtisadiyyat Nazirliyi istintaq hərəkətlərinin aparıldığını bildirmişdi.

Erməni KİV Ani İspiryan və digər şəxslərin həbsi ilə bağlı məlumat yayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün imzaladığı qərarı ilə Ani İspiryan nazir müavini vəzifəsindən azad edilib.




Paylaş:


Müəllif : Tarix:
31-01-2024, 21:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər