reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi gerçəkləşdi

reklam

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi gerçəkləşdi

















Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi gerçəkləşdirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, danışıqlar nəticəsində 195 rusiyalı hərbi əsir Ukrayna Silahlı Qüvvələrinin əsirliyindən vətənə qayıdıb, eyni sayda döyüşçü də Kiyev tərəfinə təhvil verilib.

“Bu gün, yanvarın 31-də danışıqlar prosesi nəticəsində 195 Rusiya hərbçisi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb”, - deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında 192-192 formulu üzrə son əsir mübadiləsi yanvarın 24-də Belqorod vilayətinin sərhədində baş tutmalı idi. Lakin 65 ukraynalı hərbi əsiri daşıyan Rusiyanın İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində bu mümkün olmayıb və əsirlərin olduğu ikinci təyyarə geri qayıdıb.

Mənbə: LİFE.ru




Paylaş:


Müəllif : Tarix:
31-01-2024, 22:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər