reklam
Regionxeberlericom.az » Cəmiyyət » Haaqa Beynəlxalq Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasına baxacaq

reklam

Haaqa Beynəlxalq Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasına baxacaq


















Haaqa Beynəlxalq Məhkəməsi Ukraynanın Rusiyaya qarşı soyqırım iddiasına mahiyyəti üzrə baxılması barədə qərar qəbul edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, 2022-ci ilin fevralında verdiyi iddia ərizəsində Ukrayna məhkəmədən hücuma haqq qazandırmaq üçün “soyqırım” anlayışını təhrif etdiyinə görə Rusiyanı məsuliyyətə cəlb etməyi xahiş edib. Rusiya hakimiyyəti isə iddia edir ki, bu iş Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasına aid deyil.

“Məhkəmə 15 səsə qarşı 1 səslə qərara gəldi ki, soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 9-cu maddəsinə əsaslanaraq işə baxılması onun yurisdiksiyasına aiddir”, – “RİA Novosti” fevralın 2-də keçirilən iclasda hakimdən sitat gətirir.

Məhkəmə həmçinin xatırladıb ki, Rusiya hakimiyyəti “xüsusi hərbi əməliyyat”ın zəruriliyini izah edərkən dəfələrlə Kiyevi Donbassın rusdilli əhalisinin soyqırımında ittiham edib. Buna görə də məhkəmənin hesab etdiyi kimi, Donbassda soyqırımın olub-olmaması ilə bağlı Ukrayna ilə Rusiya arasında münaqişə yaranıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məhkəmənin qərarını şərh edərkən bildirib ki, hazırkı ilkin mərhələdə Ukraynanın uydurma işi dağılıb:

“Nəticədə Məhkəmə qarşısında yalnız bir sual qaldı - Ukraynanın Donbassda soyqırımı törədib-törətmədiyi. Yəni, Kiyev öz iddialarının bir hissəsi kimi özünü müttəhimlər kürsüsünə qoydu. Kiyev “sənətkarlarını” və onların qərbli himayədarlarını alqışlamaq qalır: onlar öz “ayaqlarına güllə atıblar””.




Paylaş:


Müəllif : Tarix:
2-02-2024, 22:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər