“Rokki” filmlərinin məşhur aktyoru vəfat etdi – Foto
“Rokki” filmlər seriyasında Apollo Krid obrazı ilə tanınan amerikalı aktyor Karl Uezers 76 yaşında vəfat edib.
Bu barədə “Variety” jurnalı onun meneceri Mett Lyuberə istinadla məlumat verib.
Aktyor Silvestr Stallone ilə birlikdə ilk dörd “Rokki” filmində Krid rolunu oynayıb.
Matt Luber Uezersin 1 fevral 2024-cü il tarixdə cümə axşamı vəfat etdiyini bildirib.
Amerikalı aktyor 1987-ci ildə çəkilmiş “Yırtıcı” filmində Corc Dillon rolunu ifa edib. Adam Sendlerin “Xoşbəxt Gilmor” filmində isə Çabbs Peterson obrazı ilə yadda qalıb.
O, “Mandaloriyalı” filmindəki işinə görə dram serialında ən yaxşı qonaq aktyor üçün “Primetime Emmy Award” mükafatına namizəd olub.
Uezers karyerası ərzində 75-dən çox filmə və seriala çəkilib.
Qeyd edək ki, Uezers 14 yanvar 1948-ci ildə Yeni Orleanda anadan olub. Amerika futbolu ilə ciddi məşğul olub, lakin artıq 1974-cü ildə özünü aktyorluğa həsr etmək qərarına gəlib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-02-2024, 13:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!

Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmənə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO

“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı

Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,…