Bezos 50 milyon “Amazon” səhmini satmağa hazırlaşır
“Amazon”un qurucusu Ceff Bezos 31 yanvar 2025-ci ilə qədər e-ticarət nəhənginin 50 milyona qədər səhmini satacaq.
Bu barədə “Reuters” agentliyi şirkətin hesabatına istinadla məlumat yayıb.
Məlumata görə plan 2023-cü ilin noyabrında razılaşdırılıb. Bir qiymətli kağız üçün 171,8 dollar olmaqla planın ümumi satış qiyməti 8,6 milyard dollar olaraq qiymətləndirilir.
“Amazon”un səhmlərinin qiyməti bayram kvartalı üçün müsbət maliyyə nəticələrini dərc etdikdən sonra cümə günü 7,87% artaraq 171,81 dollara çatıb.
Oktyabr-dekabr ayları üçün şirkətin xalis gəliri isə 2022-ci ilin eyni dövründəki 278 milyon dollara qarşı 10,6 milyard dollar təşkil edib. Analitiklər 10,4 milyard dollar proqnozlaşdırsalar da, il ərzində əməliyyat gəliri 5 dəfə artaraq 13,2 milyard dollara çatıb.
Bu göstəricilərə baxmayaraq, ilin sonunda “Amazon” dünyanın ən qiymətli brendləri siyahısında birinci yerdən dördüncü yerə düşüb. “Apple” isə 2023-cü ildə liderliyi yenidən ələ keçirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-02-2024, 14:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər