Levon Köçəryanın işində onun dostuna qarşı da ittiham irəli sürüldü
Ermənistanın “Hayastan” blokundan olan deputat Levon Köçəryanın işində onun dostu, Ermənistan Pauerliftinq Federasiyasının baş katibi Sergey Asaturova qarşı da ittiham irəli sürülüb.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın vəkili Erik Aleksanyan məlumat yayıb.
O, həmçinin əlavə edib ki, bu iş üzrə ibtidai istintaq yekunlaşıb və iş məhkəməyə göndərilir.
Köçəryanın özü sosial şəbəkələrdə İstintaq Komitəsində Asaturovun yanında olduğunu bildirib. O, Asaturova qarşı ittiham irəli sürüldüyünü təsdiqləyib.
Xatırladaq ki, Köçəryan 2023-cü ilin sentyabrında İrəvanın mərkəzində hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs edilib. O, polis əməkdaşlarını döyməkdə ittiham olunub. Noyabrın əvvəlində Armen Çarçyan deputat mandatından imtina edib. “Hayastan” seçki siyahısından daha üç sonrakı namizəd mandat almaqdan imtina edib. Siyahıda növbə Köçəryana çatıb, o, mandat almaq qərarına gəlib və qanunla həbsdən azad edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-02-2024, 22:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!

Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmənə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO

“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı

Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,…