reklam
Regionxeberlericom.az » Cəmiyyət » Həkim ofis işçilərinə sağlam həyat tərzinin sirlərindən danışdı

reklam

Həkim ofis işçilərinə sağlam həyat tərzinin sirlərindən danışdı


















Oturaq həyat tərzi, kompüter qarşısında uzun saatlar keçirmək və stress sağlamlığa mənfi təsir göstərir.

Bu barədə nevroloq və osteopat Angelina Şestakova lenta.ru-ya danışıb.

Tez-tez ofis işçiləri bel və ayaq ağrıları, baş ağrısı, ödəm, babsil, venoz tıxanığlığı, qamət problemləri və ürək-damar xəstəliklərindən şikayət edirlər:

“Bu xəstəliklərin inkişaf riskini azaltmağın sadə yolu var. Sadəcə hər saatda bir neçə dəqiqə fasilə vermək lazımdır. Oturaq iş səbəbiylə zəifləyən əzələləri qorumaq üçün, ofis çox uzaqda deyilsə, evdən işə və işdən evə ayaqla getmək uyğundur”.

Şestakova qeyd edib ki, nahar fasiləsini də faydalı keçirmək olar:

“Birincisi, qəlyanaltı üçün sağlam qidalar seçməlisiniz, ikincisi, smartfon ekranına baxmaq əvəzinə göz məşqləri edin. Nahar üçün təzə və keyfiyyətli məhsullar seçin. “Fast food”, şəkərli qazlı içkilər və ağır qidalardan imtina etməyə çalışın. Tərəvəz salatları və yüngül proteinli qidalar seçin. Əsas qaydadan istifadə edin: işdə nə qədər aktiv olmaq istəyirsinizsə, yuxunun keyfiyyəti bir o qədər yaxşı olmalıdır. Yatmazdan əvvəl gəzintiyə çıxmağa və otağı yaxşı havalandırmağa çalışın. Yatmadan ən azı bir saat əvvəl televizora və telefona baxmağı dayandırın”.




Paylaş:


Müəllif : Tarix:
7-02-2024, 08:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər