reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Seçkiləri vətəndaş cəmiyyətindən rekord sayda müşahidəçi izləyib”

reklam

“Seçkiləri vətəndaş cəmiyyətindən rekord sayda müşahidəçi izləyib”
















“Seçkilərdə iştirakdan imtina etmiş bir sıra siyasi partiyaların ötən gün “yerli səviyyədə seçkiləri müşahidə işi ilə illərdir peşəkarcasına məşğul olan QHT-lərin bu seçkini müşahidə etməsinə imkan yaradılmaması” barədə bəyanatlar siyasi cəfəngiyyatdır”.

RegionXəbərləricom.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri Səidə Qocamanlı fevralın 8-də “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının seçkilərdə aparılan müşahidənin nəticələrinə həsr olunmuş brifinqdə söyləyib.

S.Qocamanlı bildirib ki, üç qeyri-hökumət təşkilatı - “Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti”, “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Bölməsi”, “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” ictimai birliklərinin təsis etdiyi “Mənim səsim” Seçki Monitorinq Koalisiyası 2023-cü ilin dekabrından başlayaraq, Azərbaycanda növbədənkənar prezident seçkiləri prosesini fasiləsiz monitorinq edir. Koalisiya seçki prosesinə güclü ictimai nəzarəti təmin etməklə, prosesin gedişatı barədə ictimaiyyəti davamlı şəkildə məlumatlandırır. Seçki gününə qədər koalisiya seçki dairələri və məntəqə üzrə seçki müşahidələrini müəyyən edib, onlara peşəkar təlimlər keçib. Koalisiya seçki gününə qədər prezidentliyə bütün namizədlərlə və ya onların səlahiyyətli nümayəndələri ilə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki missiyası ilə, o cümlədən digər maraqlı tərəflərlə görüşlər keçirib, davamlı məlumat mübadiləsi aparıb, zəruri qeydlərini götürüb, izləmələr, müşahidələr və təhlillər əsasında aralıq hesabat hazırlayıb və ictimaiyyətə açıqlayıb.

“Biz Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra keçirilmiş bütün seçkiləri monitorinq etmişik. Bundan başqa, 7 fevral seçkilərini QHT-lərdən, vətəndaş cəmiyyətindən rekord sayda müşahidəçi izləyib. Prosesdə 83 QHT-nin 7000 nəfərə yaxın seçki müşahidəçisi yer alıb. Ötən prezident seçkiləri ilə müqayisədə QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı təxminən dörd dəfə artıb. Bizim koalisiyadan başqa, müxtəlif QHT-lərin yaratdığı koalisiyalar da mövcud olub, həmkarlarımız da ictimai nəzarəti təmin edib. Bu koalisiyalarda birləşən 9 QHT ümumilikdə 1700-ə yaxın seçki müşahidəçisi ilə prosesə qatılıb. Bundan başqa, çoxlu sayda ayrı-ayrı QHT-lər respublika üzrə seçki müşahidəçiliyi aparıb”, - deyə Səidə Qocamanlı əlavə edib.





Paylaş:


Müəllif : Tarix:
9-02-2024, 10:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər