Qazaxıstana maska rejimi qayıdır
Qazaxıstanda koronavirusa yoluxma hallarının artması ilə bağlı səhiyyə müəssisələrində personal və pasiyentlər üçün maska rejimi bərpa edilib.
Mediaya istinadən xəbər verir ki, Qazaxıstanın baş dövlət sanitar həkimi Aycan Esmaqambetova qərar imzalayıb.
Bununla yanaşı, ölkədə əhalinin kütləvi toplaşdığı ərazilərdə, hava limanlarında, dəmir yolu vağzallarında, bazarlarda, ticarət və əyləncə mərkəzlərində, teatr və kinoteatrlarda, banklarda tibbi və yaxud parça maskadan istifadə etmək tövsiyə edilib.
Bununla yanaşı, bütün növ nəqliyyat vasitələrində də maskadan istifadə etmək məsləhət görülüb.
Qeyd edək ki, Qazaxıstan mediasının yazdığına görə, yanvar ayında ötən ilin dekabrı ilə müqayisədə koronavirusa yoluxma hallarında 2,5 dəfə artım müşahidə edilib. Fevralın 7-dən başlayaraq ölkədə iclas və digər kütləvi tədbirlər onlayn formata keçirilib, yaxud sanitar normalara ciddi əməl edilməklə təşkil olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-02-2024, 14:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər