Rusiyada qəzaya uğrayan Mi-8-in qalıqları Oneqa gölündən çıxarıldı
Mütəxəssislər Kareliyada Oneqa gölündən qəzaya uğramış Mi-8 helikopterinin iri fraqmentlərini çıxarıblar.
Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
“Mi-8 helikopterinin iri fraqmentləri Oneqa gölündən çıxarılıb. Qara qutulardan biri dağılmış pilot kabinəsində aşkar edilib. Hazırda onlarla Nəqliyyat İstintaq Komitəsinin müstəntiqləri işləyir”, - agentliyin həmsöhbəti bildirib.
Xatırladaq ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin Kareliyada Oneqa gölü üzərində təlim uçuşu həyata keçirən Mi-8 helikopteri fevralın 5-nə keçən gecə əlaqəni dayandırıb. Onun fraqmentləri sahildən 11 km aralıda gölün dibində aşkar edilib.
İstintaq helikopterin qəzaya uğramasının bir neçə versiyasını, o cümlədən ekipaj səhvi, hava şəraiti və avadanlıqların nasazlığını nəzərdən keçirir.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-02-2024, 21:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər