Türkiyədə məşhur futbolçu bələdiyyə sədrliyinə namizəd oldu
Türkiyə millisinin sabiq üzvü, məşhur futbolçu Gökhan Zan Türkiyə İşçi Partiyası (TİP) tərəfindən Hatay Böyükşəhər Bələdiyyəsinin sədrliyinə namizəd göstərilib.
Türkiyə KİV xəbər verir ki, Zanın namizədliyini açıqlayan İstanbul millət vəkili və TİP sözçüsü Sera Kadıgil, “Biz hataylıların səsini eşitdik və onların ortaq namizədi kimi Gökhan Zanı seçdik”, - deyib.
Namizədliyi elan olunduqdan sonra açıqlama verən Gökhan Zan bütün Hatay xalqına, “Gəlin, bu mənfi gedişi dayandıraq və dəyişdirək”, - deyə çağırış edib.
Qeyd edək ki, Gökhan Zan 2023-cü ilin 6 fevralında Hatayda da ciddi dağıntılara səbəb olan Kahramanmaraş mərkəzli dəhşətli zəlzələlərdən sonra regionda apardığı yardım kampaniyası ilə yerli camaatın rəğbətini qazanıb.
Keçmiş milli futbolçu 22 mart 2023-cü ildə İYİ Partiyaya üzv olmuş və parlament seçkilərində namizədliyi irəli sürülmüşdü. Lakin Zan parlamentə düşə bilmədi və 27 dekabr 2023-cü ildə İYİ Partiyadan istefa verdi.
Xatırladaq ki, TİP-in ümumi seçkilərdə 8,56 faizlə ən yüksək səs topladığı şəhər Hataydır.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-02-2024, 14:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər