reklam
Regionxeberlericom.az » Cəmiyyət » ABŞ-ın ən varlı sülalələri: “Forbes” açıqladı

reklam

ABŞ-ın ən varlı sülalələri: “Forbes” açıqladı
















Uolton sülaləsi "Forbes" jurnalının ABŞ-ın ən zəngin ailələri reytinqində birinci yeri tutub.

Siyahı nəşrin saytında dərc olunub.

Uolton ailəsinin sərvəti 267 milyard dollar qiymətləndirilir. Son 10 ildə sülalənin nümayəndələri Walmart-ın təxminən 22 milyard dollarlıq səhmlərini satıb, həmçinin 11 milyard dollar bağışlayıblar. Buna baxmayaraq, onlardan yeddisi hələ də səhmlərin təxminən 45%-inə sahibdir. Ailənin sərvətinə yeddi idman klubu da ("Los Angeles Rams" və "Arsenal daxil olmaqla") töhfə verir.

Reytinqdə ikinci yeri 117 milyard dollar sərvətlə Mars ailəsi tutub. Sülalə Virciniya ştatının Maklin şəhərində yerləşən dünyanın ən böyük qənnadı şirkəti "Mars"-ın sahibidir. Şirkət "M&Ms", "Snickers", "Ben's Original Rice" və "Pedigree" it yemi də daxil olmaqla, onlarla məşhur brendlərə sahibdir. 2022-ci ildə onun gəliri 47 milyard dollar təşkil edib.

İlk üçlüyü sərvəti 116 milyard dollar olan Kox sülaləsi tamamlayır. Çarlz Kox 1967-ci ildə atası Fredin ölümündən sonra dəyəri 125 milyard dollar olan (2022-ci il satışları) "Koch Industries" konqlomeratını ələ keçirib. Çarlz və onun qardaşı Davidin dul arvadı Culiya Kox səhmlərin 42%-inə sahibdirlər.

Siyahıya Kargill-MakMillan (60,6 milyard dollar), Conson (44,8 milyard dollar, Edvard Conson - "Fidelity Investments"-ın yaradıcısı), Pritzker (41,6 milyard dollar), Samüel Conson (38,5 milyard dollar, "S. C. Johnson"), Keti (33,6 milyard dollar), Dunkan (30 milyard dollar), Koks (26,8 milyard dollar) və s sülalələri də daxil edilib.





Paylaş:


Müəllif : Tarix:
13-02-2024, 12:16
Sikayət   


loading...
Загрузка...