Tərcümə Mərkəzi tanınmış yazıçılardan 64 min manatlıq xidmət alır
Azərbaycan Dövlət Tərcümə Mərkəzi 599 səhifədən ibarət olacaq “Slavyan Xalqları Ədəbiyyatı Antologiyası”nı hazırlaması üçün publisist, tərcüməçi Nəriman Əbdülrəhmanlıya 17 min 670 manat qonorar ödəyəcək.
Dövlət Tərcümə Mərkəzi müsabiqə keçirmədən bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.
Açıqlanan məlumatda ödəniləcək vəsaitin qarşılığında bədii tərcümə xidmətinin göstəriləcəyi qeyd olunub. Müqavilə 31 dekabr 2024-cü il tarixində başa çatacaq.
Onu da bildirək ki, 2015-ci ildə mətbuatda yer alan məlumatların birində (https://kaspi.az/az/nbel-dulu-edebi-yoxsa-siyasi) Nəriman Əbdülrəhmanlı tərəfindən “Slavyan Xalqları Ədəbiyyatı Antologiyası”nın tərtib edilərək çapa hazırlandığı yazılıb.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Nəriman Əbdülrəhmanlı bildirdi ki, “Slavyan Xalqları Ədəbiyyatı Antologiyası”nın hazırlanmasına həm tərtibat, həm də tərcümə xidmətləri daxildir. Nəriman Əbdülrəhmanlı qeyd edib ki, 20-dən çox slavyan xalqının ədəbiyyatını əhatə edəcək antologiya daha əvvəl çap edilməyib:
“Sadəcə olaraq bunu layihə şəkilində hazırlayıb Slavyan Unuversitetinə təqdim etmişdim. Lakin, müəyyən səbəblərdən bu layihə o zaman baş tutmadı”.
Bundan başqa Dövlət Tərcümə Mərkəzi tanınmış jurnalist, yazıçı, tərcüməçi İlqar Əlfioğlu (Qasımov İlqar Əlfi oğlu) ilə də 2 qonorar müqaviləsi imzalayıb. Tərcümə Mərkəzi Portuqaliya yazıçısı Joze Saramaqonun əsərinin tərcüməsi üçün İlqar Əlfioğluna 24 min 600 manat, Braziliyalı yazıçı Jorje Amadunun əsərinin tərcüməsi üçün isə 21 mi 330 manat ödəyəcək.
Dövlət Tərcümə Mərkəzi müxtəlif ölkələrin saytlarında Azərbaycan ədəbiyyatının təbliği üçün Gürcüstan vətəndaşı Makavala Qonaşvili ilə 10 min 800 manatlıq müqavilə də imzalayıb.
Mərkəz eyni zamanada “Türkiyə Cümhuriyyətinin (EY) nəşriyyat evi” adlı qurum ilə 8 min 550 manatlıq müqavilə imzalayıb. Müqaviləyə əsasən Türkiyənin Hacettepe Universitetində Azərbaycan dilinin orfoqrafoya lüğəti çap olunacaq və təqdimatı keçiriləcək.
Məlumat üçün onu da qeyd edək ki, Dövlət Tərcümə Mərkəzi 2012-ci ildə yaradılıb. Mərkəz dil və tərcümə sahəsinin tənzimlənməsi istiqamətində dövlət siyasətini həyata keçirən dövlət qurumudur. Mərkəzin açıqladığı sonuncu maliyyə hesabatında qurumun 2022-ci ili 77 min 686 manat zərərlə başa vurduğu göstərilib. Son bir ildə Dövlət Tərcümə Mərkəzinin zərəri 83 dəfə artıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-02-2024, 15:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər