Dövlət bu sahibkarlara maliyyə dəstəyi göstərəcək
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni dayanıqlı maliyyə modeli hazırlayıb.
RegionXəbərləricom.az "Report"a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Onun sözlərinə görə, yeni modellə keyfiyyətli xidmət göstərən və keyfiyyətli avtobusları olan daşıyıcılara dövlətin maliyyə dəstəyi genişləndiriləcək.
"Sahibkarlara güzəştlərin, dəstəklərin verilməsi nəzərdə tutulur. Bu da, daşıyıcıya imkan verəcək ki, daha yaxşı avtobuslar alıb, istismara versin. Bu mexanizm tam təsdiq edildikdən sonra geniş təqdimatı keçiriləcək", - A. Rzayev bildirib.
Hazırda Bakı şəhəri üzrə sərnişin daşımalarını həyata keçirən 27 operator mövcuddur, 180 marşrut xətti üzrə 2 min avtobus fəaliyyət göstərir. Paytaxtda avtobusların sayının 2 500-ə çatdırılması nəzərdə tutulur.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-02-2024, 23:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər