reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Bir övlad ki bütün ailə üzvlərini qətlə yetirirsə, deməli...” - Novella Cəfəroğlu

reklam

“Bir övlad ki bütün ailə üzvlərini qətlə yetirirsə, deməli...” - Novella Cəfəroğlu
















Son zamanlar ailə-məişət zəmnində baş verən zorakılığın sayı getdikcə artır. Bəzi insanlar düşünürlər ki, bunun səbəbi cəmiyyətdə aqressiyanın artmasıdır.

Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Yenisabah.az-a açıqlamasında bu sözləri deyib:

“Belə məsələlər məktəblərdən qaynaqlanır. Bu haqda Elm və Təhsil nazirliyi də düşünməlidir. Məktəblərdən son dövlərdə çox xəbərlər yayılır, hansının reallığı əks etdirdiyini bilmək isə çətin məsələdir. Bu barədə heç kim açıqlama vermir. Elm və Təhsil nazirliyi, rayon idarəsi, şəhər idarəsi bu məsələlər barədə danışmırlar. Əlbəttə müəllimlər, məktəb rəhbərliyi xaric ailələrin də burada günahı çoxdur. Tərbiyə vəziyyəti yetərincə azdır. Bir övlad ki bir ailənin bütün üzvlərini, ata-anasını, bacısını, qardaşını, öz azyaşlı bacısı uşağını qətlə yetirirsə, deyə bilərik ki, ailə tərbiyəsi çox vacib amillərdən biridir. Bu şəxs artıq həbs olunsa belə, bu reallıqdır”.

Novella Cəfəroğlu həmçinin proqramların ailə dəyərlərini, Azərbaycanda təhsil məsələsini alçaltmamalı olduğunu bildirib: 

“Bunun üçün də, mən hesab edirəm ki, ailələrdə, ictimaiyyət içində, televiziya və sosial medialarda xırda-xırda şoular göstərilməməlidir. Ən vacib məsələ təhsildir. Dünənki çıxışında Prezident İlham Əliyev də bunu vurğuladı. Təhsil Azərbaycanın gələcəyidir. Məhəmməd Peyğəmbər də insanların sadəcə təhsillə yüksələ biləcəyini söyləyib. Quranda da bu əksini tapıb. Deməli biz ən çox təhsilə önəm verməliyik. Vətəndaşlar və cəmiyyət olaraq təhsil çox yüksək səviyyədə tutulmalıdır. Təhsildə olan nöqsanları, ailə və cəmiyyətdə olan qüsurları bir məsələ kimi qaldırmalıyıq. Qəzetlərdə, saytlarda, televiziyalarda və media orqanlarında bu məsələlərdən söz açaraq cəmiyyəti marifləndirməliyik. Ancaq belə nəyisə dəyişə bilərik”.




Paylaş:


Müəllif : Tarix:
16-02-2024, 08:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər