Atası Navalnının ölümündən danışdı
Rusiyalı siyasətçi Aleksey Navalnının atası Anatoli oğlunun ölümündən danışıb. O, oğlunun vəfat xəbərini təsdiqləyib.
Bu barədə “Regnum” xəbər agentliyi məlumat yayıb.
“Bəli. Bu, artıq faktdır”, – Anatoli Navalnı jurnalistin sualını cavablandırarkən deyib.
O əlavə edib ki, oğlunun harada dəfn ediləcəyi barədə hələlik heç nə deyə bilməz.
Qeyd edək ki, A. Navalnı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib. Onun tromb yaranması səbəbindən öldüyü bildirilir.
Xatırladaq ki, A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-02-2024, 19:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-02-2024, 19:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01