reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Atamın ölümündən sonra anamın xəstəliyi şiddətləndi”

reklam

“Atamın ölümündən sonra anamın xəstəliyi şiddətləndi”
















Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar xanımın səhhətində problem yaranıb.

Bu haqda Moderator.az-a sənətkarın oğlu Rövşən Quliyev məlumat verib.

“Artıq 8 ildir ki, anam qaraciyər serrozundan əziyyət çəkir. 5-6 gün bundan öncə yenidən halı pisləşdi. Biz onsuz da onu həmişə müalicə edirdik. Həkim çağırdıq, dedi ki, insult keçirdib. İnsultun ağır formasıdır. Qaraciyər xəstəliyi qalıb kənarda insultu müalicə edirik. Sol tərəfi işləmir. Hələ ki, ayağa qalxa bilmir, ev şəraitində müalicə alır. Vəziyyəti ağır olaraq qalır. 5 gündür yatmırıq. Təkcə çarə dualara qalıb.

Atamın dostlarından müalicəyə kömək edənlər var. Düzdür, dərmanları çox bahadır. Amma yenə də köməksiz qalmırıq. Atam bu gün həyatda olmasa da adı bizə kömək olur. Özümüz də nələrsə etməyə çalışırıq”, - deyə aktyorun oğlu bildirib.

A.Quliyevin oğlu deyib ki, atasının ölümündən sonra anasının xəstəliyi daha da şiddətlənib:

“Atam üçün çox darıxır. Qismət olmur ki, məzarını ziyarət etsin. Anam ümumiyyətlə atamla nəfəs alırdı. Xasiyyətcə çox utancaqdır. Evə çəkiliş gələndə atam onu güc-bəla ilə yola gətirirdi ki, çəkilsin. Atam çox narahat insan idi. Anamın xəstəliyində daim onun yanında oldu. Son gününə qədər anamı qorudu, özü xəstəxanaya düşdü. Anam deyir ki, atan evin bütün ruzi-bərəkətini də özü ilə aparıb getdi”. 

Qeyd edək ki, 70 yaşlı Xalq artisti Arif Quliyev 2021-ci ildə koronavirusdan vəfat edib.




Paylaş:


Müəllif : Tarix:
17-02-2024, 11:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər