reklam
Regionxeberlericom.az » Cəmiyyət » 1 ildə 63 bələdiyyə sədri məsuliyyətə cəlb edilib - Yenilənib

reklam

1 ildə 63 bələdiyyə sədri məsuliyyətə cəlb edilib - Yenilənib

















Azərbaycanda bəzi şəxslər bələdiyyə torpaqlarından təyinatına zidd istifadə ediblər.

Bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində qeyd olunub.

Bildirilib ki, yol verilən pozuntularla bağlı tədbirlər görülməsi üçün Ədliyyə Nazirliyinin müraciətinə əsasən, Əmlak Məsələləri Dövlət Xidməti və onun müvafiq qurumları tərəfindən bələdiyyə torpaqlarından istifadə vəziyyətinə dair monitorinqlər keçirilərək aşkar edilmiş torpaq sahələrindən təyinatına zidd istifadə edən şəxslər barədə inzibati xəta haqqında protokollar tərtib edilib, torpaq zəbti halları ilə bağlı isə daxili işlər orqanlarına müraciət olunub.

Qeyd olunub ki, daxil olan vətəndaş müraciətləri araşdırılarkən məlum olub ki, bəzi hallarda üzərində özbaşına tikili olan həyətyanı torpaq sahələri həmin tikili sahibinin müraciəti əsasında mülkiyyətə verilməsi üçün boş torpaq sahəsi kimi hərrac və ya müsabiqəyə çıxarılır, keçirilən hərrac və ya müsabiqədə digər iştirakçılar qalib gəldikdə isə ciddi münaqişələr yaranır: “Bununla bağlı “Bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin mülkiyyətə və İcarəyə verilməsi məqsədilə hərrac və ya müsabiqəyə çıxarılarkən qanunvericiliyin tələblərinə əməl olunması barədə” tövsiyə hazırlanaraq bütün bələdiyyələrə göndərilib, bu cür halların qarşısının alınması məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub”.

***

İllik məruzədə eyni zamanda qeyd edilib ki, ötən il Azərbaycanda 63 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

Sənəddə qeyd edilib ki, bələdiyyələrin 76 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 63 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 13 inzibati xəta protokolu isə hazırda məhkəmələrin icraatındadır.

İnzibati nəzarət icraatının nəticələrinin təhlili göstərir ki, torpaq və maliyyə qanunvericiliyinin tələblərinə əməl edilməsi, kollegial idarəetmə, şəffaflıq və hesabatlılığın təmin olunması sahəsində xarakterik, o cümlədən cinayət əlamətləri olan ciddi pozuntulara (təkbaşına qərarlar qəbul edilməsi, büdcə vəsaitlərinin qanunsuz istifadəsi, torpaq sahələrinin saxta sənədlər əsasında satılması və ikili protokollaşdırma apanlması) yol verilir.




Paylaş:


Müəllif : Tarix:
19-02-2024, 12:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər